AFFA bu liqada komandaların sayının artırılmasına qərar verdi

8.10.2022 09:49 1 122
Ölkə futbolu
AFFA-nın baş katibi Sərxan Hacıyev AFFA Region Liqasının 2022/23-cü illər mövsümündə iştirakı təsdiqlənən komandaların nümayəndələri ilə Zoom platforması vasitəsilə görüş keçirib.

Football-plus.az xəbər verir ki, baş katib cari mövsümdə AFFA Region Liqasında əvvəlki mövsümlərlə müqayisədə ən çox sayda komandanın iştirak edəcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

AFFA Region Liqasının 2022/23-cü illər mövsümündə 38 komanda mübarizə aparacaq. Əvvəlki mövsümlərdə iştirak edən 26 komandaya cari mövsümdən daha 12 komanda qoşulacaq.