“Gələcəkdə Nyuini hansı rəngdə görürəm? Düşünürəm ki, qırmızı tünd göy rəng ilə bir qədər ziddiyyət təşkil edir. Ancaq möhtəşəm yaşıl rənglə hər şey mümkündü”.
“Red Bull” mayın əvvəlində Nyuinin komandanı gələn ilin birincü rübündə tərk edəcəyini açıqlayıb. O, 2005-ci ildən bəri “öküzlər”in uğurları üçün çalışırdı. Avtoidman sahəsində ixtisaslaşan nəşrlərin yazdığına görə, Nyui “Ferrari”yə qoşula bilər.






