“Gücümüz maşında deyil, Ferstappendədi”

27.08.2023 20:15 245
İdman
“Formula-1” üzrə dünya çempionatının hər mərhələsi ərəfəsində “Red Bull”un dominantlığının maşının, yoxsa bu komandanın əsas pilotu Maks Ferstappenin sürətindən irəli gəldiyi yönündə mübahisələr baş qaldırır.

"Football-plus.az" xəbər verir ki, “Red Bull”un məsləhətçisi Helmut Marko növbəti dəfə belə fikirlərə münasibət bildirməli olub:
“Əlbəttə, çox yaxşı maşınımız var, ötən mövsümlə müqayisədə onu yaxşılaşdırmışıq. “Ferrari” və “Mersedes”dən olan rəqiblərimiz bu mənada bizi təəccübləndirir. Finişdə bəzəm yarım dəqiqəyə çatan üstünlüyü isə maşın yox, Ferstappen təmin edir. Maks həlledici fiqurdu. “Red Bull”un üstünlüyünün səbəbi maşının yox, Ferstappenin sürətidi”.


Marko onu da vurğulayıb ki, Ferstappenin komanda yoldaşı Serxio Peres sürətinə görə pilotlar arasında “top-5”ə daxildi:
“Onu, heç şübhəsiz, ən sürətli pilotların ilk “5-liy”inə daxil olan Serxio Pereslə müqayisə etmək olar. Ferstappen təsnifat mərhələlərində komanda yoldaşını bəzən yarım saniyə, bəzən daha artıq qabaqlayır. Yürüşlərdə də vəziyyət belə olur”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul