“Real”da hamını arxada qoydu

7.04.2024 12:40 157
Dünya futbolu
“Real”da mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu nominasiyada Vinisius Junior qalib gəlib. Braziliyalı vinger həmyerlisi Rodriqo, Toni Kroos, Antonio Rüdiger və Daniel Karvaxalı arxada qoyub. Vinisius martda “Real”ın 4 oyununda iştirak etmiş və 6 qol vurmuşdu. 23 yaşlı futbolçu bu mövsüm İspaniya çempionatında keçirdiyi 20 oyunda 12 qolun müəllifi olub.