Bəs futbolçu “Qarabağ”ın uğurlu transferi ola bilər?
Bu suallarla bağlı müraciət etdiyimiz tanınmış menecer Vaqif Heydərli türkiyəli vingerin “köhlən atlar” üçün faydalı olaca biləcəyini bildirdi:
“Əmrə Mor karyerasında uzun müddətdi eniş yaşayır. Zədələndi, bir müddət oynamadı. Sonuncu dəfə “Fənərbaxça” dan “Karagümrük”ə icarəyə verilmişdi. Orda oynasa da, formada deyildi. Ümumiyyətlə, beynəlxalq təcrübəsi olan futbolçudu. “Borussiya”, “Olimpiakos”, “Qalatasaray”, “Fənərbaxça”, Türkiyə millisində yüksək səviyyədə oynamıs oyunçudu. Formada olsa, “Qarabağ”a xeyri dəyər. Təbii ki, bunu zaman göstərəcək. Transfer alınsa, mənə elə gəlir köməyi dəyər. “Qarabağ” uzun müddətdi sağ cinahda sol ayaqla oynayan futbolçu axtarır. Əlbəttə, ilk növbədə baş məşqçinin istəyindən asılıdı”.
Xatırladaq ki, Əmrənin “Karagümrük”də icarə müddəti bu ilin yayında, “Fənərbaxça” ilə müqavilə müddəti isə 2025-ci ildə bitəcək.
RÖYANƏ OĞUZ




