"Qarabağ" afrikalı futbolçu ilə maraqlanır

16.03.2022 10:35 2 223
Premyer-liqa
"Qarabağ" afrikalı futbolçu ilə maraqlanır.

Bu məlumatı "Foot Mercato" nəşri yayıb. Söhbət Fransanın "Red Start" klubunda çıxış edən Mussa Queldən gedir. İnformasiyada Ağdam təmsilçisinin 23 yaşlı vingerlə yaxından maraqlandığı bildirilir.

Fil Dişi Sahilindən olan futbolçu mövsümün əvvəlində 3-cü liqada çıxış edən "Red Star"a icarəyə verilib. Mussa əslində müqavilə ilə Liqa-2 təmsilçisi "Valensyen"ə məxsusdu.

Maraq üçün nəzərinizə çatdıraq ki, Ağdam təmsilçisi uzun zamandı zədəli olan Xayme Romero ilə yolları ayırmağı düşünür. "Köhlən atlar" yarımmüdafiənin sağında çıxış edən afrikalını məhz ispaniyalının əvəzləyicisi olaraq transfer etmək niyyətindədi.

Quelin "Transfermarkt"da dəyəri 450 min avrodu. Vinger bu mövsüm meydana çıxdığı 26 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mussa Quel daha əvvəl Fransanın "Loryen" və "Keviyi Ruan" komandalarında da çıxış edib.