''Fənərbaxça'' ilə bağlı maraqlı transfer xəbəri yayılıb.
Bilindiyi kimi ''Barselona''nın ötən yay 2 milyon avroya ''Kayserispor''dan transfer etdiyi gənc türkiyəli yarımmüdafiəçi Əmrə Dəmir ümidləri doğrultmur. ''Barselona B''də günü yalnız ehtiyatda oturmaqla keçən və bu mövsüm cəmi 2 oyunda forma geyən bu oyunçu artıq Kataloniya nəhənginə lazım deyil. İspaniya mətbuatının yazdığına inansaq, Əmrə Dəmirə ''Fənərbaxça'' sahib çıxmaq istəyir. İstanbul nəhəngi kataloniyalılara 2 milyon avro təklif edib. Hərçənd Əmrənin yüksək səviyyədə oyun təcrübəsi o qədər də çox deyil və böyük ehtimalla ''sarı-lacivərdlilər'' onu başqa kluba icarəyə verəcəklər.
Qeyd edək ki, 15 yaş 9 ay 25 günlüyündə Türkiyə çempionatında fərqlənməyi bacaran Əmrə Dəmir turnirin tarixində qol vuran ən gənc futbolçudu.