• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Özü yıxılan ağlamaz!

Çempionlar Liqası

21-04-2024, 19:0

Çempionlar Liqasında PSJ ilə cavab görüşünün ilk yarım saatı “Barselona”ya və azarkeşlərinə nağıl kimi gəlirdi.

2 topluq üstünlük, 16 yaşlı Yamalın gözəl keçidi, aylarla özü haqqında tənqidi şərhlər oxuyan Rafinyanın qapıya yol tapması, elə ümumilikdə oyuna nəzarət kataloniyalılara son 5 ildə ilk dəfə bu turnirdə yarımfinala çıxmağı vəd edirdi. Ancaq Arauxonun bir qeyri-dəqiq ötürməsi, Barkolanın bir sıçrayışı, bir “sonuncu ümid folu” və ...nağıl faciəyə çevrildi.

Xavi oyundan sonra hakimin komandasını “öldürməsindən” şikayətləndi:

“Oyundan sonra referiyə çox pis işlədiyini dedim. Bu, fəlakət idi. Nə qədər danışsaq da, fakt faktlığında qalır: qırmızı vərəqə oyunu korladı. Hakimlər haqda mülahizə yürütməyi sevmirəm, ancaq belə vəziyyətdə susa bilmərik. Bütün mövsüm boyunca gördüyümüz işin üzərindən hakim xətt çəkdi, “qırmızı” mütləq deyildi”.


Xavi bu məqamda haqlıdı ki, Arauxonun meydandan qovulması mübarizənin axarını büsbütün dəyişdi – PSJ qalan bir saat ərzində say üstünlüyündən yararlanmağa borclu idi. Onu da nəzərə alaq ki, “Barsa”nın müdafiə xəttinin mərkəzində 17 yaşlı Kubarsi ilə ehtiyat müdafiəçi Martines oynayırdı, üstəlik Kristensenin cəzalanması üzündən meydanın mərkəzində dağıdıcı futbolçu yox idi. Ancaq uğursuzluğun əsas səbəbi kimi hakimliyi göstərməyə nə Xavinin, nə futbolçuların, nə də kataloniyalı fanatların haqqı var! “Göy-qırmızılar” axmaq səhvlərlə özlərinə qəbir qazdılar.

Arauxonun “qırmızı”sının gerçəkliyinə az adam şübhə edə bilər. Maraq doğuran sual başqadı: niyə təcrübəli müdafiəçi komandası öndə olduğu, Ter Ştegenin isə zərbə bucağını daraltdığı məqamda bu şəkildə qaydanı pozur? Bəlkə də Ronald güman edirdi ki, oyunun hələ 30 dəqiqəsi arxada qalmamış hakim birbaşa qırmızı vərəqə göstərməyə cəsarət etməz. Amma etdi. Lap elə Barkola qol vursaydı da, “Barselona” üçün fəlakət baş verməyəcəkdi – irəlidə hələ xeyli vaxt, ümumi hesabda üstünlük var idi. Bir sözlə, buna haqqı çatmayan futbolçunun ifasında sadə uşaq səhvi “Barsa”nın faciəsinin əsasını qoydu.

Özünü kənarlaşdırma
Lap azlıqda qalandan sonra da, “Barsa”nın vəziyyətdən çıxmaq imkanı var idi, amma zamanında oyunu yeniləsəydi, futbolçular baş məşqçinin göstərişlərinə əməl etsəydi. Ancaq mövsümün ən çətin anında komanda ilə birgə olmaq əvəzinə Xavi özünü təcrid etdi. “Göy-qırmızılar”ın baş məşqçinin meydanın kənarında özünü çox emosional aparması heç kimə sirr deyil. O, “Barselona”nın “sükanı arxasında” olduğu 136 oyun ərzində artıq 3 qırmızı və 22 sarı vərəqə görüb. Ancaq meydanın mərkəzində adi bir qayda pozuntusundan sonra mütəxəssisin psixoz vəziyyətə düşməsinə və reklam lövhəsinə təpik vurmasına heç nə haqq qazandıra bilməz. Belə axmaq hərəkət üzündən baş məşqçisiz qalmaq onsuz da azlıqda oynayan komandanın düşə biləcəyi ən çətin durumlardan biri idi.

Yeri gəlmişkən, oyunun gedişində “Barsa”nın qapıçılar üzrə məşqçisi də ehtiyat oyunçular skamyasından qovuldu, Xavinin qardaşı və yardımçısı Oskar Ernandes isə sarı vərəqə ilə cəzalandırıldı. Hakimin işi ilə bağlı irad bildirmək normal haldı, ancaq məşqçilər korpusu meydanın kənarında özünə nəzarəti itirəndə bu nevroz bütün komandaya ötürülür. Buraxılan ikinci qolu xatırlayaq. Künc zərbəsindən sonra Vitinyanın təhlükəli zonada gözdən qaçırıldığı epizodda məşqçi kənardan futbolçulara xəbərdarlıq etməliydi. Amma məlum səbəbdən belə xəbərdarlıq olmadı.

Daha bir məqam Joao Kanselonun iki kobud səhvidi. Portuqaliyalı ilk yarıda Dembeleni “bağlaya” bilmədi, ikincidə isə cərimə meydançasında məhz ona qarşı axmaqcasına kobud oynadı. Azlıqda qalan komandanın Kanselonu müdafiədə daha etibarlı olan Markos Alonso ilə əvəzləməsinin məqsədəuyğunluğa haqda iddianı bir kənara qoyaq. Bəlkə də bu addım işə yarayardı, bəlkə də yaramazdı. Ancaq bu da reallıqdı ki, “Barsa” oyunun uğursuz axarını dəyişmək üçün heç bir konkret gedişə əl atmadı.

Hətta sonda yenə kataloniyalıların qurtulmaq şansı var idi, ancaq Levandovski zərbə mövqeyinə çıxan oyundaşına ötürmə vermək əvəzinə topu müdafiəçiyə vurdu. Bundan cəmi bir neçə saniyə sonra Robert və komanda yoldaşları 4-cü topu öz qapısında gördü.
Axmaq və əsaslandırılması çətin səhvlərin sırası “Barselona”nı yarımfinalda oynamaqdan məhrum etdi. Nə qədər istəsən, idarəçilikdən gileylənmək olar, amma sağlam düşüncə onu deyir ki, İştvan Kovaçın həm Arauxonu meydandan qovmaq, həm Gündoğana qarşı kobudluğa görə penalti təyin etməmək, həm də Kanselonun Dembeleni yerə sərdiyi epizodda “nöqtə”ni göstərmək üçün bütün əsasları var idi. Xavi bu mövsüm yaxşı çalışıb, ardıcıl 13 məğlubiyyətsiz oyun onun Kataloniyada işini davam etdirməsinin xeyrinə möhkəm dəlildi. Ancaq “Barselona” məhz bu oyunda müstəqil şəkildə tapançanı cibindən çıxararaq gülləni öz ayağına sıxdı. Silahın kiminsə tətiyi basmasından sonra atəş açmasından gileylənmək isə sağlam düşüncəyə müharibə elan etməkdən başqa bir şey deyil!

Bu komandanı irəlidə böyük perspektiv gözləyə bilər və Çempionlar Liqasının 1/4 finalı onun tərəqqisinin ədalətli göstəricisidi. Ancaq Xavi top-səviyyədə məşqçi karyerasını davam etdirmək istəyirsə (“Barselona”da və ya hansısa başqa klubda), nəticə çıxarmalı, günahı başqalarının üzərinə yıxmamalıdı. PSJ-yə gəlincə, Paris klubu yırtıcının yaralı ovunu necə qovmalı olduğunu göstərdi. Daha məqsədyönlü və soyuqqanlı komanda növbəti mərhələyə adladı. Hakimlərin qərarlarını bir kənara qoyub, futbolun ədalətinin məhz bunda olduğunu deməliyik.

Baş məşqçi Xavi futbolçu Xavidən daha çox qovulur
Xavi PSJ ilə oyunda son bir ildə 3-cü dəfə “qırmızı” üzündən “Barselona”nın ehtiyat oyunçular skamyasından qovuldu. O, İspaniya çempionatının “Xetafe” və “Atletiko” ilə oyunlarında da belə sərt şəkildə cəzalanıb. 44 yaşlı mütəxəssis həmçinin 22 dəfə sarı vərəqə ilə “mükafatlandırılıb” (çempionatda 16, ölkə kubokunda 3, Çempionlar Liqasında 2, Avropa Liqasında 1 dəfə).
O da maraqlıdı ki, Xavi “Barselona”nın oyunçusu kimi meydana çıxdığı 767 qarşılaşmada cəmi iki dəfə qovulmuşdu – “Vilyarreal” və “Real” ilə görüşlərdə. Xavi daha bir qırmızı vərəqəni hələ 17 yaşı olanda, “Barsa”nın 2-ci komandasının heyətində İspaniyanın gücünüə görə 3-cü divizionunda çıxış edərkən alıb.

Xavinin karyerasındakı bütün qırmızı vərəqələr
1 2 3 4 5 6
18.01.1998 futbolçu Barselona B İspaniya çempionatı (III) Paxara (s) – 3:3 57
15.12.2001 futbolçu Barselona İspaniya çempionatı Vilyarreal (s) – 1:0 44
08.05.2008 futbolçu Barselona İspaniya çempionatı Real (s) – 1:4 90+2
13.08.2023 baş məşqçi İspaniya çempionatı Xetafe (s) – 0:0 70
17.03.2023 baş məşqçi Barselona İspaniya çempionatı Atletiko (s) – 2:0 42
17.04.2024 baş məşqçi Barselona Çempionlar Liqası PSJ (e) – 1:4 56
1 – tarix, 2 – status, 3 – klub, 4 – turnir, 5 – oyun, 6 - qovulduğu dəqiqə.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

18-04-2024, 20:0

Arauxo “Barsa”nı “dəfn etdi”

Dünya futbolu

21-02-2023, 15:0

“Barselona” Arauxonun transferini rəsmiləşdirdi

Dünya futbolu

8-02-2023, 20:0

Arauxonun transferi qeydə alınmadı

Dünya futbolu

28-01-2024, 11:0

''Barselona'' 5 qol buraxdı, Xavi qərarını açıqladı

Dünya futbolu

3-04-2024, 16:0

Xavi fikrini dəyişə bilər?

Dünya futbolu

25-09-2023, 14:0

Xavi ilə bağlı məsələ rəsmiləşdi

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 326
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə