Xavi ilə bağlı məsələ rəsmiləşdi

25.09.2023 14:54 243
Dünya futbolu
Xavi Ernandesin aqibətinı aydınlıq gəlib. O, “Barselona”ı daha bir neçə il çalışdırmaq hüququ qazanıb.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssis klubla müqaviləsini yeniləyib.

Xavi komandanı 2024/25 mövsümünün sonuna qədər çalışdıracaq. Nəticələrdən asılı olaraq sözləşmənin müddəti sonradan birilliyə artırıla bilər.

43 yaşlı məşqçi “Barselona”ya 2021-ci ildən təyinat alıb. Komanda onun başçılığı altında son mövsüm İspaniya çempionluğunu qazanıb. “Barselona” hazırda La Liqada keçirdiyi 5 oyuna 13 xalla 2-ci yerdədi. Komanda Xavi ilə bütün turnirlərdə 96 matça çıxıb, 61 qələbə qazanıb, 19 dəfə məğlub olub və 16 oyunda heç-heçə edib.