Niderland Kral Futbol İttifaqı “Vitess”in aqibətini müəyyən edib.
Kluba ağır sanksiya verilib. Arnem klubu lisenziyalaşdırma ilə bağlı reqlamenti dəfələrlə pozduğu üçün 18 xallıq cəzaya məruz qalıb. Nəticədə komandanın erediviziyada topladığı 17 xal -1-ə çevrilib. Bu isə “Vitess”in mövsümün sonuna 4 tur qalmış yüksək liqadadakı yerini itirməsi deməkdi. Klub rəhbərliyi müstəqil lisenziya komitəsinin qərarından apellyasiya verməmək qərarına gəlib. Məqsəd klubun peşəkar statusunu itirməməsi üçün lisenziyanı qorumaqdı.