Abramoviçə ittiham irəli sürüldü

31.03.2023 19:30 291
Dünya futbolu
Roman Abramoviçə qeyri-rəsmi ittiham irəli sürülüb. Rusiyalı biznesmenin gizli şəkildə “Vitess”i maliyyələşdirdiyi məlum olub.

“Football-plus.az” xəbər verir ki, “The Guardian” qəzetinin yaydığı məlumata görə, Abramoviç vaxtilə “Çelsi”nin sahibi olduğu müddətdə Niderland klubunu almaq üçün 2015-ci ilin sonuna qədər 117 milyon avro ödəyib. Bu maliyyə vəsaiti qeyri-müəyyən offşor şirkətlər vasitəsilə ötürülüb. Amma “Vitess” rəhbərliyi bu faktı təkzib edib.

Xatırladaq ki, Abramoviç Rusiyanın Ukraynaya hərbi müdaxləsindən sonra - ötən il mayın 26-da “Çelsi”ni ABŞ konsorsiumuna satıb.