• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çempionlar Liqası zonası”nda “sülh” - TURUN İCMALI

Dünya futbolu

16-04-2024, 22:0

A seriyasının 32-ci turunda nəzərdə tutulan oyunlardan biri sona çatdırılmadı.

“Football-plus.az” xəbər verir ki, bazar günü keçirilən “Udineze” – “Roma” matçı ikinci hissədə hesab 1:1 olarkən dayandırıldı. Buna qonaqların oyunçusu Ndikanın qəfil özünü pis hiss etməsi səbəb oldu. Yaxşı ki, dərhal xəstəxanaya çatdırılan müdafiəçinin səhhətinin normallaşdığı xəbəri yayıldı.

Turun ən çox maraq doğuran matçı Turində baş tutdu. Son vaxtlar derbidə qələbə üzünə həsrət qalan “Torino” əzəli rəqibi “Yuventus”a yenə qalib gələ bilmədi. “Qırmızılar” ev oyununda yalnız bir xalla təskinlik tapdılar. Derbi emosiyaların aşıb-daşmasına baxmayaraq, qolsuz nəticələndi.

Turinlilərin bəxtindən əsas izləyicisi də qələbə qazana bilmədi. Gözünü Çempionlar Liqasına (ÇL) sonuncu vəsiqəni verən 4-cü yerə dikən “Bolonya” isə evdə “Montsa” ilə qolsuz “sülh”ə razılaşdı. Tyaqo Mottanın komandası iki xal itirməsinə baxmayaraq, mövqeyini əldən vermədi.

Əlbəttə, A seriyasının liderinin öz meydanında büdrəməsi xüsusi vurğulanmalıdı. “İnter” “Kalyari” ilə matçı aparıcı hücumçusu Lautaro Martinessiz keçirdi. Cəzalı olan argentinalı dünya çempionunun yoxluğunda Türam ilə Çalhanoğlu adını tabloya yazdırdılar. Lakin əks-hücumları çox təhlükəli alınan qonaqlar hər iki qolun cavabını verdilər - 2:2.

Tura 2-ci yerdə başlayan “Milan” isə səfər oyununda bir xal qazana bildi. B seriyasına düşmək istəməyən “Sassuolo” az qala rəqibindən maksimum xal alacaqdı. Davide Ballardininin yaxında təyinat aldığı komandası matçın gedişində 2:0 və 3:1 hesabıyla önə keçdi. Ötən cümə axşamı Avropa Liqasında “Roma”ya qarşı çətin oyun (0:1) keçirən milanlılar bu dəfə məğlubiyyətdən qaça bildilər. 3:3 hesabı Stefano Pyolinin komandasının turnir cədvəlindəki mövqeyini olduğu kimi saxladı.

Əvvəlki turda 3 oyunluq qələbəsizliyə son qoyan “Napoli” azarkeşlərini yenidən məyus etdi. İtaliyanın son çempionu evdə “Frozinone” ilə 2:2 hesabına razılaşdı. Əks halda neapollular “Çempionlar Liqası zonası”a bir qədər yaxınlaşa bilərdilər. Titulu itirəcəyi heç kimdə şübhə doğurmayan “Napoli” hazırda 4-cü yerdəki “Bolonya”dan 10 xal geridədi.

32-ci tur
Latsio – Salernitana 4:1
Felipe Anderson, 7; 35. Vesino, 14. İsaksen, 87 – Çauna, 16. (?????)
Latsio: Mandas, Xila (İsaksen, 84), Patrik, Kazale, Maruşiç (Hüsay, 58), Vesino (Rovella, 81), Kamada, Latsari, Luis Alberto (Kataldi, 80), Felipe Anderson, Kastelyanos (Pedro, 80).
Torino – Yuventus 0:0
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti (Aleks Sandro, 78), Kostiç (Aylinq-Cunior, 64), Lokatelli, Rabyo, Makkenni, Kambyaso (Alkaras, 90+5), Kyeza (Yıldız, 64), Vlahoviç (Ken, 78).
Bolonya – Montsa 0:0
Bolonya: Skorupski, Kristensen, Lukumi, Beukema, Poş, Fröyler, Urbanski, Ferqyuson (Ndoye, 62), Ebişer, Orsolini, Zirkzee.
Napoli – Frozinone 2:2
Politano, 16. Osimhen, 63 - Şeddira, 50; 73. (51177)
Napoli: Meret, Ruy, Estiqor, Rrahmani, Di Lorentso, Zyelinski (Kayuste, 78), Lobotka, Zambo Angissa (Simeone, 85), Kvaratsxeliya, Politano (Raspadori, 77), Osimhen.
Sassuolo – Milan 3:3
Pinamonte, 4. Loryante, 10; 53 - Leao, 20. Yoviç, 59. Okafor, 84.
Milan: Sportyello, Ernandes, Tiav, Kyaer (Qabbya, 55), Florentsi, Adli (Okafor, 82), Musa (Reynders, 55), Leao, Loftus-Çik (Jiru, 55), Çukvueze (Pulişiç, 65), Yoviç.
İnter – Kalyari 2:2
Türam, 12. Çalhanoğlu, 74-p. – Şomurodov, 65. Viola, 83.
İnter: Zommer, A.Bastoni (Byukenen, 86), Açerbi, Bissek, Dimarko (Auqusto, 76), Darmian (Dyumfris, 76), Mxitaryan (Frattezi, 64), Çalhanoğlu, Barella, Türam, Sançes (Arnautoviç, 76).
Leççe – Empoli 1:0
Sansone, 89.
Fiorentina – Cenoa 1:1
İkone, 54 – Qudmundsson, 42-p.
Atalanta – Verona 2:2
Skamakka, 13. Ederson, 18 – Lazoviç, 56. Noslin, 60.
“Udineze” – “Roma” oyunu 2-ci hissədə dayandırılıb.

1. İnter 32 26 5 1 77-17 83
2. Milan 32 21 6 5 63-37 69
3. Yuventus 32 18 9 5 45-24 63
4. Bolonya 32 16 11 5 45-25 59
5. Roma 31 16 7 8 56-35 55
6. Atalanta 31 15 6 10 57-36 51
7. Latsio 32 15 4 13 41-35 49
8. Napoli 32 13 10 9 50-40 49
9. Torino 32 11 12 9 31-29 45
10. Fiorentina 31 12 8 11 43-36 44
11. Montsa 32 11 10 11 34-41 43
12. Cenoa 31 9 12 11 35-39 39
13. Leççe 32 7 11 14 27-48 32
14. Kalyari 32 7 10 15 34-54 31
15. Verona 32 6 10 16 30-44 28
16. Udineze 31 4 16 11 30-47 28
17. Empoli 32 7 7 18 25-48 28
18. Frozinone 32 6 9 17 40-63 27
19. Sassuolo 32 6 8 18 39-62 26
20. Salernitana 32 2 9 21 26-68 15
Bombardirlər: Lautaro Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 15, Jiru (Milan), Osimhen (Napoli), Qudmundsson (Cenoa) - 13.
Növbəti turun oyunları aprelin 19-22-si aralığında keçiriləcək: Cenoa – Latsio, Kalyari - Yuventus, Empoli - Napoli, Verona – Udineze, Sassuolo – Leççe, Torino - Frozinone, Salernitana – Fiorentina, Montsa – Atalanta, Roma – Bolonya, Milan - İnter.

Turun rəqəmi
4 – bu mövsüm İtaliya çempionatında ilk dəfə belə fakt qeydə alındı: tura ilk 4 yerdə başlayan komandaların – “İnter”, “Milan”, “Yuventus” və “Bolonya”nın ümumi qazancı 4 xal oldu. Başqa sözlə, A seriyasının “Çempionlar Liqası zonası”nda “sülh” turu yaşandı.

Turun ulduzu
Arman Loryante (Sassuolo) - fransalı futbolçu komandasının “Milan”dan xal almasında böyük rol oynadı. Məhz Loryantenin vurduğu iki qol “Sassuolo”ya güclü rəqiblə matçda heç-heçə qazandırdı. 25 yaşlı hücumçunun ikinci mövsümünü keçirdiyi İtaliya çempionatında ikinci dəfə dubl etdiyini də bildirək.

Turun sitatı
Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“ Rəqibimizin yaxşı komanda olduğunu bilirdik. “Kalyari” matçı əla keçirdi. Bu komandanın əks-hücumları bizə çox sayda problemlər yaratdı. Təəssüf ki, azarkeşlərimiz qarşısında qələbə qazana bilmədik. Adət etdiyimizdən çox top buraxdıq. İlk qol epizodunda komanda halında diqqətli olmalı idik, ikinci qol isə təsadüfi idi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-04-2024, 22:0

Paytaxt derbisində “Roma” qalib gəldi – TURUN ŞƏRHİ

Dünya futbolu

4-04-2024, 20:0

“İnter” öz rekordunu təkrarladı – TURUN ŞƏRHİ

Dünya futbolu

13-03-2024, 18:0

“İnter” “Bolonya”nın qələbə seriyasını qırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu / Reportaj

28-04-2023, 21:0

“Napoli”: skudettoya bir adım qaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 21:0

Romalılar üçün düşərli tur – TURUN ŞƏRHİ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 171
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə