“İrəvan”ın prezidentinin saxlanılması təsdiqləndi

15.04.2024 21:20 251
I liqa / Manşet
1-ci liqa klubu "İrəvan"da xaosun davam etdiyini xəbər vermişdik.

Xatırladaq ki, komandanın çempionatdan uzaqlaşdırılacağı və klubun fəaliyyətiylə bağlı araşdırma aparılacağı bəllidi. Artıq klub prezidenti Zahid Niyazəliyevin də hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. Onun külli miqdarda yeyintiyə yol verməsi, əməkdaşların hüquqlarının pozulması, daha dəqiqi, onlarla bağlanmış müqavilə şərtlərinə əməl etməməsi kimi səbəblərlə ittiham olunduğu ehtimal edilir. Bu xəbərin dəqiq olub-olmadığını öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Mübariz Zeynallı ilə əlaqə saxladıq:
"Bəli, Zahid Niyazəliyevin saxlanılması haqda xəbər doğrudu. Lakin səbəblər bəlli deyil. Bu haqda danışmaq tezdi".


KƏNAN BAHADIR