“Sabah” “Sumqayıt”ı 5 yerə böldü - REPORTAJ

27.11.2026 12:06
Reportaj
Sumqayıt - Sabah (Bakı) 1:5 (1:2)
16. Marko Yohanson – 4,5
80. Keffel Resende – 5,0
(20. Ayxan Süleymanlı, 73) – 5,0
5. Renan Santana – 5,0
(23. Rüfət Əhmədov, 79) – qiymətsiz
4. İsa Suliman (k) – 5,0
21. Tyaqo Almeyda – 5,0
55. Lukas Blek – 4,5
42. Sedrik Badolo – 6,0
10. Ronaldo Vaskes – 5,0
(27. İmani Barker, 73) – 5,0
19. Roy Kehat – 5,0
(29. Emil Mustafayev, 68) – 5,0
11. Mamadi Banqre – 4,5
(7. Rüstəm Əhmədzadə, 46) – 5,0
17. Nihad Əhmədzadə - 5,5
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
34. Ülvi Abbaslı
Baş məşqçi: Filipe Kandido
Komandanın ən yaxşısı: Sedrik Badolo

92. Stas Pokatilov (k) – 6,0
27. Timoteuş Puxaç – 6,5
(3. Stiv Solvet, 68) – 5,0
4. Eyden Makkarti – 5,5
33. Junior Almeyda – 5,5
80. Akim Zedadka – 5,5
13. İvan Lepinitsa – 6,5
(7. Umarali Raxmonaliyev, 68) – 5,0
37. Du Keyros – 6,0
8. Kristian Nvaçukvu – 6,0
(11. Kahim Parris, 77) – qiymətsiz
10. Aleksey İsayev – 6,5
(99. Patrik Mbina, 77) – qiymətsiz
34. Ksander Severina – 7,5
(9. Xəyal Əliyev, 68) – 6,0
18. Karlos Eduardo – 6.0
Ehtiyat oyunçular
1. Amin Ramazanov
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
5. Rəhman Daşdəmirov
16. Rauf Rüstəmli
88. Rodriqo Fernandeş
23. Yunes Laşaab
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Ksander Severina

Qollar: K.Severina, 21 (0:1, K.Eduardo). S.Badolo, 30 (1:1, N.Əhmədzadə). İ.Lepinitsa, 42 (1:2, K.Severina). T.Puxaç, 56 (1:3, D.Keyros). A.İsayev, 68 (1:4, K.Nvaçukvu). X.Əliyev, 75 (1:5).
Vərəqələr: L.Blek, 16 (qeyri-idman hərəkəti). S.Badolo, 39 (qeyri-idman hərəkəti) - sarı. L.Blek, 33 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: ELVİN BAYRAMOV, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Rahil Ramazanov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
20 noyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 4000 tamaşaçı (9502 yerlik).
Yalnız birinci hissəyə 1 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.

Nəhayət mövsümdə ilk dəfə “Mehdi Hüseynzadə”nin qazonuna çıxan “Sumqayıt” qayıdışını qələbə ilə taclandırmaq, son üç turda qalib gələ bilməyən “Sabah” isə tilsimi qırmaq, “Barselona”ya qarşı matçdan əvvəl əhval-ruhiyyəsini yaxşılaşdırmaq məqsədi ilə meydana çıxdı.

Düzdü, ilk təhlükəli vəziyyəti “kimyaçılar” yaratdı: 11-ci dəqiqədə cərimə meydançasının həndəvərindən bəxtini sınayan Ronaldo qeyri-dəqiq oynadı. Ancaq “bayquşlar” tezliklə təşəbbüsü ələ aldı. Ardıcıl hücumlar gerçəkləşdirən qonaqlar əvvəl Aleksey sayəsində hesabı açmaq imkanına malik idi. Burda planı rəqibi kobud müdaxilə ilə yerə sərən Blek pozdu. Bu səbəbdən Puxaçın yerinə yetirdiyi cərimə zərbəsi topun tirin üstündən “şütüməsi” ilə nəticələndi. Nvaçukvunun uğursuz cəhdindən sonra növbəti şansı əldə edən “Sabah” bu dəfə məqsədə çatdı. Resendenin autdan göndərdiyi topu ələ keçirən Severina Eduardo ilə “divar pası”nın ardından “çərçivə”ni dəqiq “nişan aldı”. Dambrauskasın komandası çox keçmədən daha bir qol vurmağa yaxın idi. Ancaq Yohanson Puxaçın qapı önünə ötürməsi sayəsində fərqlənmək istəyən Alekseyi sevinməyə qoymadı. Ardından “Sumqayıt”ın “cavab atəşi”nə şahidlik etdik: 30-cu dəqiqədə topu Zedadkadan “oğurlayan” Ronaldo Nihada, sonuncu isə Badoloya çatdırdı. Əlverişli mövqedə qərarlaşan burkina-fasolunun adını tabloya yazdırması çətin olmadı. Belədə “Sumqayıt”ın azı bir xal qazanmaq ehtimalı böyümüşdü ki, Blekin Severinaya qarşı kobudluq üzündən “qırmızı” görməsi işləri korladı. Bəli, bu səbəbdən təyin olunan cərimə zərbəsi Puxaç – Nvaçukvu – Keyros kombinasiyası sayəsində qolla nəticələnsə də, ofsayda görə sayılmadı. Lakin “bayquşlar” fasiləyə öndə yollana bildi. 42-ci dəqiqədə Lepinitsa Severinanın ötürməsindən maksimum faydalandı.

İkinci hissədə sürpriz yaşanmadı. Onsuz da üstün olan “Sabah” qalan vaxtda fərqi armadağın həddinə çatdırdı. 48-ci və 51-ci dəqiqələrdə Severinanın fərqlənməsinə göz yummayan Yohanson 56-cı dəqiqədə Puxaça təslim oldu. Əslində polşalının topu sol cinahdan qapı önünə göndərəcəyi gözlənilirdi. Lakin məsuliyyəti üzərinə götürən müdafiəçi inanılmaz zərbə vurdu.

Bir qədər sonra isə Lepinitsa – Nvaçukvu – İsayev kombinasiyası uğurlu alındı. Yekun hesabı müəyyənləşdirmək Xəyala qismət oldu. Eduardonun zərbəsini dəf edən Yohanson topa yiyələnə bilmədiyindən Xəyal 75-ci dəqiqədə fərqləndi.

Beləliklə, “Sabah” çempionluq yarışında mövqeyini qorudu, “Sumqayıt” isə ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı.

Gözdən qaçmadı
// "Sumqayıt"ın məşqçisi Vurğun Hüseynov 37-ci dəqiqədə hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə aldı.
// Yohanson buraxdığı qoldan sonra Puxaçı alqışladı.

KƏNAN BAHADIR