Bu həftə avrokubok matçlarından sonra UEFA reytinqi yenilənib.
"Football-plus.az" xəbər verir ki, "Sabah" Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Barselona"ya uduzub (1:4) və ölkəmiz həftəni xalsız başa vurub.
Buna baxmayaraq, reytinq sıralamasında mövqeyimiz dəyişməyib. İsrailin "Hapoel" (Beer-Şeva) klubu da Avropa Liqasında "Beşiktaş"a (2:1) məğlub olduğu üçün əmsalsız qalıb.
Azərbaycan 24.187 göstərici ilə 24-cü, İsrail isə 24.125 xalla 25-ci sıradadı.
UEFA reytinqində mövqeyimiz dəyişmədi
Avrokuboklar




