"Xilasedici" mübarizəni dayandırdı - Çempionlar Liqası

27.11.2026 12:25
İdman
"Xilasedici" kişi voleybol komandası CEV Çempionlar Liqasının 1/8 final mərhələsində cavab oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Lyüblyanada Sloveniyanın "ACH Volley" klubunun qonağı olub. Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 1:3 (23:25, 25:23, 15:25, 18:25).

Ötən həftə Bakıda baş tutan ilk dueldə də rəqib qələbə qazanmışdı (3:1).

Beləliklə, "Xilasedici" avrokuboklarda yoluna CEV Çelenc Kubokunda davam edəcək.