“Neftçi” daha bir səddi uğurla aşdı - REPORTAJ

27.11.2026 11:02
Reportaj
Araz-Naxçıvan - Neftçi (Bakı) 1:3 (0:1)
1. Artur Auqusto - 4,0
27. Boyan Letiç - 4,0
2. Abdulla Rzayev - 4,5
14. Ülvi İsgəndərov - 3,5
(10. Şarl Boli, 46) - 4,0
26. Ömər Buludov - 4,0
(19. Abdullah Sudi, 75) - qiymətsiz
6. Patrik Andrade (k) - 4,0
36. Mamadu Kane - 4,5
12. Bruno Franko - 4,0
11. Mohamed Mara - 3,5
(21. İbrahim Piriyev, 57) - 3,5
5. Luka Dumançiç - 3,5
23. Alberto Fernandes - 4,0
(13. Qabil Əlizadə, 70) - 3,5
Ehtiyat oyunçu
99. Tərlan Əhmədli
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı:Abdulla Rzayev

1. Emil Balayev (k) - 5,0
3. Rüfət Abbasov - 4,0
14. Elvin Bədəlov - 5,0
5. İqor Ribeyro - 5,5
88. Viçko Şevel - 5,5
10. Freddi Varqas - 4,0
(27. Draqolyub Saviç, 67) - 5,0
22. Denzel Jubitana - 4,5
(11. Alen Şkribek, 67) - 4,0
33. Breno Almeyda - 5,5
(29. Lübomir Tupta, 79) - qiymətsiz
70. Andrey Ştoqrin - 4,5
20. Qustavo Klisman - 6,0
(7. Emil Səfərov, 75) - qiymətsiz
97. Bassala Sambu - 5,0
(26. Adeleke Akinyemi, 67) - 4,0
Ehtiyat oyunçular
93. Rza Cəfərov
8. Emin Mahmudov
77. Falaye Sako
6. Sessi D’Almeyda
24. Mustafa Sek
18. İfeanyi Metyu
55. Endryu Qravilyon
Baş məşqçi: Yuri Vernidub

Qollar: Q.Klisman, 19 (0:1, R.Abbasov). D.Saviç, 70 (0:2, B.Almeyda). Q.Klisman, 75 (0:3, E.Bədəlov). R.Abbasov, 82-öz qapısına (1:3).
Vərəqələr: F.Varqas, 42 (qeyri-idman hərəkəti). A.Rzayev, 72 (qeyri-idman hərəkəti). A.Sudi, 87 (qeyri-idman hərəkəti). D.Saviç, 90 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
22 noyabr. Şamaxı. Şəhər stadionu. 500 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

“Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Neftçi”ni qəbul etdi. Bu oyun turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların mübarizəsi baxımından maraq doğururdu.

Bir gün əvvəl səfərdə “Sumqayıt”ı məğlub edən “Sabah” liderliyə yüksəlmişdi. Odu ki, “ağ-qaralar”ın irəli atılmaqdan başqa çarəsi yox idi. Əslində “Araz-Naxçıvan” bu mənada çox münasir rəqib sayılırdı. Maksimovun komandası mövsümün əvvəlindən istədiyi nəticələri qazana bilmir. Üstəlik, heyətdə zədəli futbolçuların olması, Ağadadaş Salyanskinin müqavilə öhdəliyinə görə “Neftçi”yə qarşı oynaya bilməməsi ukraynalı mütəxəssisin seçim imkanlarını məhdudlaşdırmışdı.

Qonaqlar oyun başlayan kimi təşəbbüsü ələ aldı. İlk dəqiqədə Sambu Varqasa mükəmməl ötürmə verdi. Venesuelalı vinger rəqib qapıçı ilə üz-üzə gəlsə də, bu fürsəti qaçırdı. “Neftçi” rəqibin müdafiəsində boşluqlar tapmağa çalışırdı. Paytaxt təmsilçisinin hücumları 19-cu dəqiqədə nəticə verdi. Rüfətin ötürməsini qəbul edən Klisman elə gözəl qol vurdu ki… Dünən 27 yaşını tamamlayan futbolçu özünə bundan yaxşı doğum günü hədiyyəsi verə bilməzdi! “Araz-Naxçıvan” tarazlığı bərpa etməyə çalışsa da, “ağ-qaralar” üstünlüyü əldən vermədi. Klisman 37-ci dəqiqədə daha bir təhlükəli zərbə vurdu, bu dəfə top tirnə tuş gəldi. Hissənin son dəqiqələri qarşılıqlı hücumlarla yadda qalsa da, hesab dəyişmədi.

2-ci hissənin əvvəlində nominal meydan sahibləri dəyişikliyə əl atdı. Maksimov hücumda fəallığı artırmağa çalışırdı. Qonaqlar isə artıq əks-hücumlarda qol axtarmağa başladı. 49-cu dəqiqədə Brenonun yaxın məsafədən zərbəsini qapıçı dəf etdi. 57-ci dəqiqədə bu futbolçuların dueli təkrarlandı. Bu dəfə də Artur inamlı çıxış etdi. Bu arada zədələnən Mara oyunu davam etdirə bilməyərək əvəzləndi. Təhlükəli hücumlardan nəticə ala bilməyən “Neftçi”nin baş məşqçisi Vernidub isə 67-ci dəqiqədə üç dəyişikliklə hücum xəttinə yeni qüvvə cəlb etdi. Bu dəyişikliklərdən cəmi üç dəqiqə sonra Şevel irəli doğru şığıyan Brenoya ötürmə verdi. Braziliyalı vinger isə cərimə meydançasında olan Saviçi gördü. Serbiyalı futbolçu topa başla zərbə endirərək fərqi artırdı. Qonaqlar bununla da kifayətlənmədi. 75-ci dəqiqədə Elvin topu küncdən oyuna daxil edərkən yenidən səhnəyə çıxan Klisman özünün ikinci, komandasının üçüncü qolunu vuraraq oyunun taleyini həll etdi. “Araz-Naxçıvan” 82-ci dəqiqədə qollardan birinin əvəzini çıxdı. Rüfət Abbasov topu uzaqlaşdırmaq istəyərkən səhvə yol verdi və öz qapısından keçirdi – 1:3.

Qalan dəqiqələrdə “Araz-Naxçıvan” hücumların sayını artırsa da, hesab dəyişmədi. Beləliklə, “Neftçi” Şamaxıda inamlı qələbə qazanmaqla xalını 27-yə çatdırdı və yenidən liderliyə yüksəldi. “Araz-Naxçıvan” isə turnir cədvəlinin sonuncu pilləsində qaldı.

İSRAYIL XEYRULLAYEV