Klub rəhbərliyi komandanın üzvlərinin maaşını ödəyə bilmir. Bu məsələ artıq ölkə idmanının əsas gündəmidi. Dünən “CBC Sport” kanalında yayınlanan “90 dəqiqə” proqramında “pələnglər”in mətbuat katibi Mübariz Süleymanlı qonaq olub.
Klub rəsmisi səsləndirdiyi yalan fikirlərlə ictimaiyyəti aldatmağa çalışıb. Verilişin aparıcı Mustafa Kamal məşqə çıxmadıqlarına görə bəzi futbolçuları bazadan qovulması bağlı sual ünvanlayıb. Mübariz bəy iddiaları əsassız adlandırıb. Daha sonra “İrəvan”ın üzvü Ədilxan Qarəhmədov canlı efirə qoşularaq mətbuat katibinin yalanını ifşa edib. Yarımmüdafiəçi Qərbi Azərbaycan təmsilçisinin prezidenti Zahid Niyazəliyevin onu bazadan qovduğunu bildirib.
Daha sonra komandanın sabiq baş məşçisi Elbrus Məmmədov canlı efirə qoşulub. O, klubdakı problemləri ictimaiyyətə açıqlayıb. Ən sonda Mübariz Süleymanlı klubun futbolçulara 2 ay borcu olduğunu bildirib. O, PFL-də sistemdən keçən müqavilələrin əsası olduğunu bildirib. Bundan əlavə, çempionat başlamamışdam öncə danışıq apardıqları şirkətlərin onları yarı yolda qoyduğunu dilə gətirib.
Ən sonda komandanın kapitanı Vüqar Bəybalayev canlı yayına qoşularaq klubun futbolçulara olan borclarını tam ödəmədiyi təqdirdə məşqə çıxmayacaqlarını bildirib.
Bir sözlə, “İrəvan”dakı xaos davam edir. Vaxt isə klubun lehinə işləyir. Növbəti oyuna çıxmayacağı təqdirdə, “İrəvan” 1-ci liqadan kənarlaşdırılacaq.
Verilişdə yaşayanlar isə “İrəvan” adına tam biabırçılıq idi. Heç nədən xəbəri olmayan mətbuat katibi Mübariz Zeynallı vəziyyəti lap da pis duruma çatdırdı. Məsələ ilə bağlı “CBC Sport”un əməkdaşı Mustafa Kamalla əlaqə saxladıq. Həmkarımız “football-plus.az”a açıqlamasında “90 dəqiqə”də yaşananları belə nəql etdi:
“Açığı, dünən verilişdən öncə düşünürdüm ki, “İrəvan”ın mətbuat katibi Mübariz Zeynallı problemin həlli istiqamətində nəsə edəcək. Amma əlində demək olar ki, rəsmi sənədlərin çoxu yox idi. Bu, məni üzən məqam idi. İzləyicilərə doğru-dürüst nəsə çatdıra bilmədi. Futbolçuların iddihamları zamanı bızi məsələrdən xəbərdar deyildi. Biz görmüşük ki, mətbuat katibi mətbəxin içində olur. O, jurnalistlərin media dostudu. Bu, məni üzən məqam idi. Çünki Mübariz bəy bəzi məsələlərdən ümumiyyətlə bixəbər idi. Bu məsələdə haqlı olaraq öz əmək haqlarını istəyirdilər. Orda qarmaqarışıqlıq yarandı. Çünki Mübariz bəy bildirirdi ki, PFL avqustdakı sözləşmələri əsas götürür.
Müddətin 2 və ya 3 ay olmasının heç fərqi yoxdu. Çünki ortada borc məsələsi var. Rəhbərlik onların pulunu verə bilmir. Bu da sponsorlarla bağlı problemdi. Mübariz bəy də bildirdi ki, bəzi şirkətlərlə şifahi razılıq əldə edilmişdi. Amma sponsorlar “İrəvan”ı yarı yolda buraxıblar. Bu məqam da məni üzdü. Çünki klub yaradılanda və komanda formalaşanda bir qədər diqqətli olmaq lazım idi. Hələ sən iddialı kollektiv ərsiyəyə gətirirsənsə, ehtiyatlı olmalısan. Əlində olan büdcəyə rəğmən daha bahalı futbolçularla müqavilələr bağlayırsansa, onlara verilən sözün arxasında durmalısan. Sponsorların klubu pis vəziyyətdə qoyması oyunçuların günahı deyil. Ümid edirəm ki, vəziyyət düzələcək. Çünki “İrəvan”ın fəaliyyətini davam etdirməsini ürəkdən arzulayıram”.

İLKİN SULTANLI