"Kəpəz" növbəti mövsüm üçün heyətlə bağlı planlar üzərində çalışmağa başlayıb.
"Football-plus.az"ın məlumatına görə, Adil Şükürov "Səbail"dən icarəyə götürülən Amil Yunanovu növbəti mövsümdə də sərəncamında görmək arzusundadı. Artıq bununla bağlı ilkin addımlar atılıb.
Belə ki, Amilin "Səbail"lə müqaviləsinin müddəti mövsümün sonunda bitəcək. Belədə azad agent statusu qazanacaq futbolçu Gəncə təmsilçisiylə yeni müqavilə imzalayacaq. Futbolçu baş məşqçinin bu istəyinə müsbət cavab verib.
Xatırladaq ki, Yunanov "Kəpəz"in heyətində 11 oyunda meydana çıxıb və 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
KƏNAN BAHADIR