"Kəpəz"in futbolçusundan 50-ci qol

6.02.2024 11:13 238
Ölkə futbolu
Amil Yunanov ölkə çempionatlarında 50-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, onun yubileyi Misli premyer-liqasının 21-ci turuna təsadüf edib.

“Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçdakı son qolun müəllifi olub.

Yunanov premyer-liqadakı 191-ci oyununda “50”yə çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdi.

Bu, Yunanovun “Kəpəz”də ilk qolu olub. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.

Qeyd edək ki, Amilin premyer-liqada ilk qolu 2011/12 mövsümünə təsadüf edib. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici topa imza atıb – 1:0.