Renat oynadı, "Hatayspor" uduzdu

14.04.2024 18:55 171
Ölkə futbolu
Türkiyə super liqasında 32-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” öz meydanında “İstanbulspor”u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 70-ci dəqiqədə Karlos Strandberqin əvəzinə meydana daxil olub.

32 turdan sonra 33 xal toplayan "Hatayspor" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.