Renatın qolu "Hatayspor"a bəs etmədi

25.11.2023 20:45 202
Dünya futbolu
Türkiyə superliqasında 13-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" autsayder "İstanbulspor"un qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə oyuna çıxan Renat Dadaşov sona qədər oynayıb. O, 48-ci dəqiqədə penaltidən fərqlənib. Futbolçu 90+7-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Hatayspor" 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "İstanbulspor" 8 xalla sonuncu-20-ci pillədədi.