Renat oynadı, "Hatayspor" xal itirdi

17.02.2024 20:16 175
Dünya futbolu
Türkiyə super liqasında 26-cı turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” öz meydanında “Sivasspor”u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətində başlayıb və 64-cü dəqiqədə əvəzlənib.

26 turdan sonra 29 xal toplayan "Hatayspor" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.