Cavab oyununda iştirak etməyəcək

12.04.2024 14:25 157
Dünya futbolu
“Bavariya” Çempionlar Liqasının 1/4 finalının “Arsenal”a qarşı cavab matçına ciddi itki ilə çıxacaq.

Serj Qnabri Londonda keçirilən ilk oyunda (2:2) zədələnib. Qollardan birinin müəllifi olan hücumçu 70-ci dəqiqədə meydanı tərk edib. Münhenlilərin baş məşqçisi Tomas Tuxel futbolçunun ayağının arxa əzələsində problem olduğunu və onun “Arsenal”la cavab matçında meydana çıxa bilməyəcəyini açıqlayıb.

“Bavariya” –“Arsenal” matçı aprelin 17-də keçiriləcək.