Azı 2 ay oynaya bilməyəcək

12.12.2023 17:11 169
Dünya futbolu
“Bavariya” ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, komandanın oyunçusu Serj Qnabri zədə səbəbindən təxminən 2-3 ay meydana çıxa bilməyəcək.

Almaniya mənbələrinin xəbərinə görə, hücumçunun qasıq nahiyəsində dartılma olub. Qnabri Frankfurt “Ayntraxt”ı ilə oyunun (1:5) 66-cı dəqiqəsində Kinqsli Komanın əvəzinə meydana çıxıb və 2 dəqiqə sonra toqquşma nəticəsində zədələnərək meydanı tərk edib.

28 yaşlı hücumçu bu mövsüm “Bavariya”da 11 oyun keçirib və 1 qol vurub.