“Bavariya”da ciddi itki

28.09.2023 21:30 201
Dünya futbolu
Almaniya kubokunun birinci mərhələsində “Proyssen Münster” üzərindəki qələbəsi “Bavariya”ya ciddi itki hesabına başa gəlib.

“Football-plus.az” xəbər verir ki, münhenlilərin 4:0 hesabı ilə qalib gəldiyi matçda Serj Qnabri ciddi zədə alıb. 11-ci dəqiqədə əvəzlənən hücumçunun qolunun sındığı müəyyən edilib. Həkimlərin proqnozuna görə, Qnabri yaşıl meydana təxminən 4-5 həftədən tez dönə bilməyəcək.