Kriştianonun komandası darmadağın oldu

2.12.2023 13:59 233
Dünya futbolu
Dünən Səudiyyə Ərəbistanının 15-ci turunda mövsümün şah oyunlarından biri keçirildi.

Jorje Jezuşun çalışdırdığı və inamla turnir cədvəlinə başçılıq edən ''Əl-Hilal'' ən yaxın izləyicisi, Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəssr''i qəbul etdi. İlk 60 dəqiqədə hesab açılmasa da, ''Əl-Hilal'' son yarım saatda Milinkoviç-Saviçin qolu və Mitroviçin dublu sayəsində prinsipial rəqibini 3 cavabsız qolla darmadağın etdi. Ronaldo isə hesab 0:1 olarkən fərqlənsə də, qol ofsayd üzündən qeydə alınmadı. Bununla da 15 turdan sonra zirvədə xal fərqi 7-yə yüksəldi!

''Əl-Nəssr''in rəsmi matçlarda 20 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı. Mükəmməl formada olan ''Əl-Hilal'' isə rəsmi matçlarda ardıcıl 13-cü qələbəsini qazandı! Kriştiano 15 qolla bombardirlər yarışına başçılıq etsə də, Mitroviç son matçın ardından qollarının sayını 13-ə yüksəltdi.

ƏLİ