Bu gün qadınlardan ibarət 3x3 basketbol millimiz Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində ilk oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, yarışın B qrupunda yer alan yığmanın ilk rəqibi Çili olub.
Görüş millimizin qələbəsi ilə başa çatıb - 17:14.
Qeyd edək ki, oyuna Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerlə çıxan yığmamız sabah Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.