Millimiz yenə uduzdu

24.03.2022 17:30 624
Yığma
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Yığmamız Sloveniyada təşkil olunan hazırlıq çərçivəsində ikinci matçına çıxıb.

Futbolçularımız adıçəkilən ölkənin komandası ilə qarşılaşıb. Millimiz 1:2 hesabı ilə məğlub olub. Yığmanın heyətində Nəriman Axundzadə fərqlənib. Yığmamız bu matçla təlim-məşq toplanışını başa vurub.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.