18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, C divizionundakı B qrupunda yer alan millimiz sonuncu matçında Moldova ilə qarşılaşıb və 75:66 hesabı ilə qalib gəlib. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn yığmamız yarımfinala yüksəlib.
Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya - Andorra görüşünün qalibi olacaq. İyulun 30-da oynanılacaq yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.