• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” 2-ci pilləni əldən verdi - REPORTAJ

Premyer-liqa / Manşet

9-04-2024, 21:0

2-ci yerə iddialıların duelinə azarkeş marağı aşağı səviyyədə idi ki, bunun da səbəbi aydındı.

“Forza Neftçi” boykot xəttindən əl çəkməyib, əvəzində “Sumqayıt”ın fanklubları komandanı dəstəkləməyə gəlmişdi.

Oyun “Neftçi” üçün yaxşı başlamadı. Matçöncəsi isinmə hərəkətləri zamanı zədələnən Lebonu Rəhman Hacıyev əvəzlədi. Artıq 4-cü dəqiqədə qonaqlar Kehatla hesabı açdı. Lakin qol qeydə alınmadı. Roy ötürmə anında oyundankənar vəziyyətdə idi. Meydan sahiblərinin buna cavabı 9-cu dəqiqədə gəldi. Boqomolskinin zərbəsini müdafiəçilər dəf etsə də, top Koffinin qarşısına düşdü. Onun ötürməsini Moreno başla tamamladı. Amma dəqiq ola bilmədi. Çox keçmədən “ağ-qaralar” növbəti dəfə qola yaxın oldu. Ozobiç ara ötürməsi ilə Morenonu qapıçıyla üzbəüz çıxardı. Lakin Brayan dueldən məğlub ayrıldı. Əvəzində “Sumqayıt” hesabı açdı. Muradovun cinah ötürməsini Matias tərs toxunuşla öz qapısına göndərdi – 0:1. Qoldan sonra “Neftçi” irəli atıldı. Boqomolskinin qüvvətli baş zərbəsini Cənnətov dəf etsə də, topu əlindən buraxdı. Onu Bədəlov “sığortaladı”. Ardından Morenonun zərbəsi qeyri-dəqiq oldu. Qarşılığında “Sumqayıt” fərqi iki topa çatdırmağa yaxın oldu. Ninqa qapıçı ilə üz-üzə qalsa da, Cəfərov dueldən qalib ayrıldı.

İkinci yarı, demək olar ki, “Neftçi”nin tam üstünlüyü şəraitində keçdi. 58-ci dəqiqədə Hacıyevin cərimə zərbəsi təhlükəli alındı. Onun qüvvətli zərbəsini Cənnətov küncə çıxardı. Ümidini əks-hücumlara bağlayan qonaqlar 61-ci dəqiqədə oyunun taleyini həll edə bilərdi. Sadəcə, Ninqanın cinah ötürməsindən sonra cərimə meydançasında topa yiyələnən Dosso özünü həvəskar futbolçu kimi apardı, təxminən 10 metrdən “çərçivə”yə düşə bilmədi. 62-ci dəqiqədə Ozobiçin baş zərbəsində azacıq dəqiqlik çatmadı. Əvəzində “Sumqayıt” “Neftçi”ni yenə əks-hücumda yaxaladı. Muradovun 7-8 metrdən zərbəsini Cəfərov dəf etdi. 69-cu dəqiqədə Moreno Mustafayevlə mübarizədə yerdə qaldı. Elçin Məsiyev VAR-la məsləhətləşəndən sonra “nöqtə”ni göstərdi. Topun arxasına Mahmudov keçdi. Cənnətov ilk zərbəni qaytarsa da, kapitan dönən topu qapıdan keçirdi – 1:1. Matçın son dəqiqələri dramatik axarda keçdi. Hətta “Neftçi” ikinci topu da vurmağı bacardı. Lakin referi Şinyaşikinin zərbəsindən öncə qayda pozuntusu qeydə aldı və qolu ləğv etdi. Çox keçmədən “Neftçi”nin təmiz penaltisi verilmədi. Dosso cərimə meydançasında Şinyaşikinin qarşısını kobudluqla kəsdi. Hətta onun topa toxunuşu belə olmadı. Amma Məsiyev nədənsə oyunu davam etdirdi. Bununla da “Neftçi” ikinci pilləni “Zirə”yə təhvil verdi. “Sumqayıt” isə 4-cü pilləyə yuvarlandı.

Gözdən qaçmadı
* “Neftçi Mania” azarkeş qrupu əsas pankartını tərsinə açdı, matçı oturaraq izlədi.
* “Sumqayıt”ın hər iki fan klubu – “Kimyaçılar” və “Sumqayıt Ultras” tribunada yerlərini almışdı.
* “Neftçi”nin Müşahidə Şurasının sədri olacağı ilə bağlı xəbərlər yayılan Xəyal Cəfərov oyunu izləyənlər arasındaydı.
* 73-cü dəqiqədə Məsiyev VAR monitoruna baxarkən “Neftçi”nin futbolçuları Matiasla İsrafilov “Sumqayıt”ın məşçilər korpusu ilə epizodu müzakirə edirdi. Samir Abasov isə Rza Cəfərova öz qapısına tərəf getməli olduğunu bildirdi.
* “Sumqayıt” azarkeşləri oyunboyu Məsiyevdən narazılıq etdi. bildirirdi.
* “Kimyaçılar” oyundan sonra Samir Abasovu səsləyərək, alqışladı. Daha sonra “Neftçi”nin atası Samir Abasov” şüarını səsləndirdilər.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

21-02-2024, 21:0

“Zirə” 10 oyundu qələbə qazana bilmir – REPORTAJ

Premyer-liqa / Reportaj

12-03-2024, 22:0

Ozobiç “Kəpəz”lə təkbaşına bacarmadı – REPORTAJ

Premyer-liqa / Reportaj

3-04-2024, 17:0

Bayılda heç-heçə oldu, komandalar yerində saydı - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 18:0

“Kəpəz”in seriyası üç oyun çəkdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

Ramalinqom qoldan doymur, “Səbail” irəliləyir – REPORTAJ

Yığma / Manşet

28-03-2024, 23:0

Samir Əliyevin komandası ümid vermədi - REPORTAJ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə