Markos Alonso uzun müddətə sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, ispaniyalı futbolçunun belində ağrılar var. Onun bu həftə əməliyyat olunacağı bildirilib.
İspaniya mətbuatına görə, Markosun bərpa prosesi mart ayına qədər davam edə bilər.
O, bu mövsüm “Barselona”nın heyətində 7 rəsmi matçda meydana çıxıb. 33 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.