Markos Alonso ilə bağlı növbəti xəbər yayılıb. Sol cinah müdafiəçisi “Barselona”nı tərk edəcək.
“Football-plus.az” xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, 32 yaşlı futbolçu karyerasını başqa komandada davam etdirmək qərarına alib. Onun müddəti 2024-cü ilin yayınadək olan müqaviləsində əməkdaşlığın birillik uzadılması iilə bağlı variant da var. Lakin Alonso klubdan getməkdə israrlıdı. İspaniyalı futbolçu bu mövsüm az oyun şansı almasından narazıdı.
Qeyd edək ki, o, “Barselona”nın heyətində bütün turnirlərdə 7 oyun keçirib (cəmi 299 dəqiqə meydanda olub).