• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempion öz meydanında rəzil oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

3-04-2024, 21:0

A seriyasının 30-cu turu İtaliyada Pasxa bayramına görə iki gündə - martın 30-da və aprelin 1-də keçirildi.

"Football-plus.az" xəbər verir ki, oyunlar hər iki günə bərabər şəkildə bölünmüşdü. İlk oyun günündə qeydə alınan nəticələrdən sonra avrokuboklara vəsiqələr uğrunda mübarizə bir qədər də gərginləşdi.

Tura şənbə günü Neapolda start verildi. Yerli “Napoli” Françesko Kaltsonanın başçılığı altında A seriyasında keçirdiyi oyunlarda uduzmamışdı. Amma məğlubiyyətsiz seriya biabırçı nəticə ilə sona çatdı. Sözün düzü, “Atalanta”nın Dieqo Maradonanın adını daşıyan stadionda böyükhesablı qələbə qazanacağını gözləmək olmazdı. Berqamolular ilk dəqiqələrdən topa nəzarət etməklə maraqlı hücumlar qurmağa başladılar. Belə oyun hissənin ortalarında Mirançukun hesabı açması ilə nəticələndi. Rusiyalı yarımmüdafiəçi fasiləyə az qalmış Skamakkanın ikinci qolu vurmasına şərait yaratdı. Bir sözlə, zədəli Kvaratsxeliyasız oynayan İtaliyanın son çempionu ilk hissədə rəqib qarşısında heç nə edə bilmədi.

Amma ev sahibləri fasilədən sonra fəallaşaraq özünəməxsus hücum futbolu sərgiləməyə başladılar. Bunu gözləyən Can Pyero Qasperininin komandası rəqibin həmlələrinə kollektiv şəkildə tab gətirə bilirdi. Doğrudu, Karnesekkinin seyvləri qonaqların dadına daha çox çatırdı. Matçda intriqanın bərpasına böyük ölçüdə qapıçı mane oldu. İkinci hissədə əks-hücum taktikası ilə oynayan berqamolular son dəqiqələrdə Koopmeynersin zərbəsi ilə hesabı darmadağın həddinə çatdırdılar. “Napoli” öz meydanında rəzil olmaqla Çemionlar Liqasına sonuncu vəsiqəni verən 4-cü yeri tutmaq şansını bir qədər də azaltdı. “Atalanta” isə gələn mövsüm azı Avropa Liqasında oynamaq imkanını bir qədər də artırdı.

Florensiyada keçirilən oyun da qonaq komandanın qələbəsi ilə nəticələndi. Yerli “Fiorentina” ilk dəqiqələrdən “Milan”ın hücumlarının qarşısını almağa məcbur oldu. Stefano Pyolinin komandası bir neçə yaddaqalan hücum təşkil etsə də qapıya heç cür yol tapa bilmədi. Səbəblər milanlıların şanslardan düzgün istifadə edə bilməməsi və Terraçanonun qapısının toxulmazlığını təmin etməsi ilə bağlı oldu. Epizodların birində Menyanın qonaqları real qoldan xilas etdiyini də bildirək. Fasilə ərəfəsində isə Leao ilə Jiru şanslardan yararlana bilmədilər.

İkinci hissənin əvvəli qarşılıqlı qollarla yadda qaldı. Əvvəlcə Loftus-Çik Leaonun ötürməsi ilə qonaqları önə keçirdi. Üç dəqiqə sonra Dunkan hesaba tarazlıq gətirdi. Lakin milanlıların növbəti həmləsi Leaonun qolu ilə sona çatdı. Pyolinin komandası bundan sonra oyunun tempini aşağa salmaqla hesabı qorumağa xidmət edən oyu sərgilədi. Bir sözlə, 6 dəqiqə ərzində vurulan qollar “Milan”a maksimum xal qazandırdı. Lombardiyalılar çempionatdakı ardıcıl 4-cü qələbə 2-ci yeridəki mövqeyini bir qədər də möhkəmləndirdilər. “Milan”ın ümumiyyətlə, bütün turnirləri nəzərə almaqla qələbə seriyasını 6-ya çatdırdığını da bildirək.

Turun mərkəzi oyunu paytaxtda keçirildi və daha bir uğurlu debüt ilə əlamətdar oldu. Xatırladaq ki, bir neçə həftə əvvəl Mauritsio Sarri uğursuz nəticələrə görə istefaya yollanmışdı. Onun yerinə baş məşqçi vəzifəsinə müvəqqəti təyinat alan Covanni Martuşyello “Latsio”da qələbə ilə debüt etmişdi. 29-cu turda “Frozinone” üzərində 3:2 hesablı qələbə qazanan “qartallar”ın yeni baş məşqçisi İqor Tudor üçün “Yuventus”a qarşı oyun xüsusi xarakterli idi. Belə ki, xorvatiyalı vaxtlə turinlilərə həm futbolçu, həm də məşqçi kimi xidmət etmişdi. Görünür, Tudor yeni komandasını uğurlu nəticəyə yaxşı hazırlaya bilmişdi: romalılar ilk dəqiqələrdən əhəmiyyətli üstünlüyə malik oldular. Kastelyanos fasiləyə qədər bir neçə imkan yaxalasa da, argentinalı hücumçu şanslardan yararlana bilmədi. Turinlilər isə, demək olar ki, oyunboyu hücumda çox zəif təsir bağışladılar. “Cenoa” ilə əvvəlki matçda (0:0) hakimlə ciddi mübahisə etdiyi üçün qırmızı vərəqə alan hücumçu Vlahoviçin yoxluğu aşkar hiss olundu. Qonaq komanda yalnız ilk hissənin sonunda və fasilədən sonra ön xətdə nəsə etməyə çalışdılar. Meydan sahibləri isə ikinci hissədə ilk 45 dəqiqədə olduğu kimi kəsərli hücumlar qura bilmirdilər. Buna baxmayaraq, “Yuventus”a qalib gəlməyi bacardılar. “Latsio” buna son dəqiqələrdə qurulan hücumda nail oldu. Müdafiəçi Maruşiçin vurduğu qol Tudorun debütünün uğurlu alınmasına şərait yaratdı. Ardıcıl ikinci qələbə paytaxt komandasını ikipilləlik sıçrama ilə 7-ci yerə çıxardı. Son həftələr böhrana düşən “ağ-qaralar”ın qələbəsiz oyunlar seriyası isə 4-ə çatdı. Qeyd edək ki, Massimiliano Alleqrinin komandası son 9 matçda yalnız bir dəfə qalib gəlib. Yeri gəlmişkən, məhz belə nəticənin fonunda 2-ci yerlə vidalaşan “Yuventus” aprelin 2-də “Latsio” ilə ölkə kubokunun ilk yarımfinal oyununda yenidən qarşılaşacaq.

30-cu tur
Napoli – Atalanta 0:3
Mirançuk, 26. Skamakka, 45. Koopmeyners, 88.
Napoli: Meret, Ruy, Juan Jezus, Rrahmani, Di Lorentso, Traore (Zyelinski, 46), Lobotka, Zambo Angissa (Simeone, 75), Raspadori (Nqonq, 46), Politano (Lindstrem, 68), Osimhen.
Atalanta: Karnesekki, Kolaşinats (Cimşiti, 67), Skalvini (Toloy, 72), Hin, Zappakosta (Rucceri, 60), Ederson, De Roon, Hatebur, Paşaliç (Koopmeyners, 61), Mirançuk, Skamakka (Lukmen, 61).
Latsio – Yuventus 1:0
Maruşiç, 90+3.
Latsio: Mandas, Romanyoli, Kazale, Qila, Maruşiç, Kataldi (Vesino, 80), Kamada (Genduzi, 81), Zakkanyi (Luis Alberto, 84), Felipe Anderson, Pedro (İsaksen, 57), Kastelyanos (İmmobile, 57).
Yuventus: Şçensnı, De Şilyo (Aylinq-Cunior, 46), Ruqani, Bremer, Danilo, Rabyo, Lokatelli, Miretti (Makkenni, 46), Kyeza (Yıldız, 68), Kambyaso (Vea, 68), Ken (Sekulov, 80).
Fiorentina – Milan 1:2
Dunkan, 50 - Loftus-Çik, 47. Leao, 53.
Fiorentina: Terraçano, Biraqi, Lukas Martines (Sottil, 88), Milenkoviç, Dodo (Kayode, 69), Mandraqora, Dunkan, Kuame (Qonsales, 69), Beltran (Nzola, 80), İkone (Barak, 88), Belotti.
Milan: Menyan, Florentsi, Tomori, Tiav (Qabbya, 46), Kalabriya, Reynders (Musa, 63), Bennaser, Leao (Okafor, 62), Çukvueze (Pulişiç, 73), Loftus-Çik, Jiru (Yoviç, 82).
Torino – Montsa 1:0
Sanabriya, 69-p.
Cenoa – Frozinone 1:1
Qudmundsson, 30-p. – Reynir, 36.
Bolonya – Salernitana 3:0
Orsolini, 14. Salemakers, 44. Likoyannis, 90+2.
Sassuolo – Udineze 1:1
Defrel, 41 – Toven, 44.
Kalyari – Verona 1:1
Sulemana, 74 – Bonatsoli, 30.
Leççe – Roma 0:0
İnter – Empoli 2:0
Dimarko, 6. Sançes, 81.
1. İnter 30 25 4 1 73-14 79
2. Milan 30 20 5 5 57-34 65
3. Yuventus 30 17 8 5 44-24 59
4. Bolonya 30 16 9 5 45-25 57
5. Roma 30 15 7 8 55-35 52
6. Atalanta 29 15 5 9 54-32 50
7. Latsio 30 14 4 12 37-33 46
8. Napoli 30 12 9 9 44-36 45
9. Torino 30 11 11 8 29-26 44
10. Fiorentina 29 12 7 10 42-34 43
11. Montsa 30 11 9 10 32-37 42
12. Cenoa 30 8 11 11 32-37 35
13. Leççe 30 6 11 13 26-45 29
14. Udineze 30 4 16 10 29-45 28
15. Verona 30 6 9 15 27-40 27
16. Kalyari 30 6 9 15 30-51 27
17. Frozinone 30 6 7 17 38-61 25
18. Empoli 30 6 7 17 22-45 25
19. Sassuolo 30 6 6 18 34-57 24
20. Salernitana 30 2 8 20 23-62 14
Bombardirlər: Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 15, Dibala (Roma), Jiru (Milan) - 12.

Oyundan sonra
Stefano Pyoli, “Milan”ın baş məşqçisi:

“Yaxşı oynadıq, kifayət qədər təhlükəli vəziyyət yaratdıq və fikrimcə, bizim üçün həmişə çətin sayılan səfər oyununda layiqli qələbə qazandıq. Milli komandaların oyunlarından sonra ölkə çempionatına köklənmək asan olmur. Bunu nəzərə alarkən qələbəyə daha çox sevinirəm. Artıq təxminən iki-üç aydı yaxşı formadayıq. Komandamız ümidvericilik planında daim “artırır” və sevindiricidi ki, hər bir oyunçumuz yeri gələndə müdafiəyə dəstək verir. Yaxşı müdafiə olunanda hücumda çıxış edən oyunçularımızın ustalığı sayəsində istənilən rəqibə ciddi problemlər yarada bilirik”.


İqor Tudor, “Latsio”nun baş məşqçisi:
“Bu, ümid edə biləcəyim ən yaxşı çıxışımız idi. Qalib gəlmək həmişə xoşdu. Mənim üçün bundan yaxşı başlanğıc ola bilməzdi. Futbolçulara görə də şadam. Onlar mənim ideyalarımı yaxşı mənimsəmişdilər. İdmanda bəxt və bəxtsizlik mövcud deyil, yalnız görülən iş var. Biz yeni mərhələyə uğurla başlamaq istəyirdik”.


Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi:
“Latsio” ilk yarım saatı çox yaxşı keçirdi, biz isə həddən artıq texniki səhvə yol verdik. Doğrudu, sonra bir neçə təhlükəli hücum təşkil etdik. Amma imkanlardan daha qətiyyətli şəkildə yararlanmalıydıq. Son dəqiqələrdə topa yaxşı nəzarət edə bilmədik, amma indi bu haqda uzun-uzadı danışmaq yersizdi. Rəqibə cərimə meydançamıza asma etmək fürsəti verdik və sonda məğlub olduq. Gələn həftənin ikinci günü “Latsio” ilə ölkə kuboku matçında da qarşılaşacağıq. Həmin oyunda dönüş etməliyik. Son vaxtlar çox xal itirsək də Çempionlar Liqasına vəsiqə qazanmaq şansımız yüksəkdi. Mövsüm ərzində görülən işlər və problemlərdən çıxış yolları axtarmaq haqda düşündüyün məqamlar olur. Son matçların statistikası işlərimizin qaydasında getmədiyini göstərir. Xoşbəxtlikdən, 5-ci yerdəki komanda ilə aramızdakı fərq hələ ki böyükdü. Hədəflərimizə çatmaq üçün əlimizdən gələni etməliyik. Çempionlar Liqasına yollanmaq üçün sona qədər mübarizə aparacağıq. Mövcud vəziyyət heç də asan deyil. Uğursuz gedişi dayandırmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Reportaj

17-04-2023, 22:0

“Milan”dan minimal hesablı qələbə - REPORTAJ

Dünya futbolu

1-11-2022, 15:0

Maradonaya heykəl qoyuldu

Dünya futbolu

4-03-2023, 15:0

Liderin iki seriyası qırıldı

Dünya futbolu

14-03-2023, 20:0

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Maraqlı

8-04-2023, 11:0

Neapolda yeni doğulan uşağa Kvaratsxeliyanın adını verdilər!

Dünya futbolu

24-01-2024, 22:0

“Latsio” yenə “İnter” ilə bacara bilmədi

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Bu gün, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Bu gün, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Bu gün, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Bu gün, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Bu gün, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Bu gün, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Bu gün, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Bu gün, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Bu gün, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
Daha çox
Oxunub: 590
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 193
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə