• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan”dan minimal hesablı qələbə - REPORTAJ

Dünya futbolu / Reportaj

17-04-2023, 22:0

Milan (İtaliya): Menyan, Kalabriya, Kyaer, Tomori, Ernandes, Tonali, Kruniç, Dias (Rebiç, 80), Bennaser (Salemakers, 56), Leao, Jiru.
Napoli (Neapol, İtaliya): Meret, Di Lorentso, Kim Min Çje, Rrahmani, Ruy (Olivera, 81), Lobotka, Zambo Angissa, Zyelinski (Ndombele, 81), Losano (Rasadori, 69), Kvaratsxeliya (Politano, 81), Elmas.
Qol: Bennaser, 40.
Vərəqələr: Zyelinski, 38. Bennaser, 61. Zambo Angissa, 70. Di Lorentso, 70. Kim Min Çje, 78. Rrahmani, 90+3. Salemakers, 90+3. Kalabriya, 90+6 - sarı. Zambo Angissa, 74 – qırmızı (ikinci sarı).
Hakim: İştvan Kovaç (Rumıniya).
12 aprel. Milan. 74742 tamaşaçı.

oyunun statistikası
12 (2) qapıya (“çərçivə”yə) zərbə 15 (5)
3 künc zərbəsi 10
1 ofsayd 0
16 qayda pozuntusu 13
3 (0) sarı (qırmızı) vərəqə 6 (1)
48 topa sahibolma (faizlə) 52

“Milan”dan “Napoli”yə 10 gündə ikinci zərbə

“Milan” ÇL-də 11 ildən sonra ilk dəfə 1/4 finala vəsiqə qazanmışdı. İtaliya klubu sonuncu dəfə bu mərhələdə 2012-ci ildə oynamış və iki oyunun (0:0, 1:3) nəticəsinə görə “Barselona”ya uduzmuşdu. “Napoli” isə tarixində ilk dəfə ÇL-in (Çempionlar Kubokunun) 1/4 finalına adlayıb. Əlbəttə, İtaliya klublarının pley-offdakı ilk görüşü ərəfəsində aprelin 2-də Neapolda baş tutan matçı xatırlamamaq olmurdu. Hazırda A seriyasında inamla liderlik edən və 4-cü yerdə olan “Milan”ı 22 (!) xal qabaqlayan “Napoli” öz meydanında darmadağına məruz qalmışdı. İtaliyanın son çempionu əfsanəvi Dieqo Maradonanın adını daşıyan stadionda liderin qapısından 4 cavabsız top keçirmişdi.

Qeyd edək ki, ev sahibləri həmin oyunda olduğu kimi, ÇL matçında da aparıcı hücumçusu və A seriyasında 21 qolla ən yaxşı bombardir olan Osimhendən yararlana bilmədi. Nigeriyalı futbolçunun zədələnməsi növbəti dəfə Stefano Pyolinin komandasının işinə yaradı. Neapolluların hücum xətti onun yoxluğunda yenə “dişsiz” göründü. Osimhenin əsas əvəzləyicisi sayılan Simeonenin sıradan çıxması da Luçano Spallettinin planlarına zərbə sayılırdı.

Maraqıdı ki, Pyoli “Napoli”yə qarşı yenidən aprelin əvvəlində müəyyənləşdirdiyi start heyəti ilə oynamağı lazım bilmişdi. Spalletti isə rüsvayçı məğlubiyyətə ilk dəqiqələrdən şahidlik edən Politano ilə Simeonenin əvəzinə Losano ilə Elması start heyətində meydana buraxmışdı. Yarımmüdafiəçi Elmas çoxlarının gözləmədiyi halda mərkəz hücumçusu kimi oynamalıydı. İlk dəqiqələr qonaqların üstünlüyü şəraitində keçdi. Neapollular daim Menyanın qoruduğu qapı istiqamətində həmlələrə əl atırdılar. Lakin onlar fəal startdan lazımi səviyyədə yararana bilmədilər. Hissənin ortalarında müdafiədəki oyununu sabit hala salmağı bacaran “Milan” kəskin əks-hücumlar qurmağa başladı. Belə vəziyyətlərdən birində Bennaser Diasın ötürməsi ilə hesabı açdı. Az sonra ev sahibləri növbəti qolu da vura bilərdilər. Kyaerin zərbəsi qapı tirinə tuş gəldi.

Fasilədən sonra “Napoli” yenidən üstünlüyü ələ aldı. Lakin hücumların son mərhələsi o qədər də effektli alınmırdı. Bu azmış kimi, hissənin ortalarında qonaqların dayaq yarımmüdafiəçisi Zambo Angissa 4 dəqiqə ərzində müdafiəçi Ernandesə qarşı kobud oyununa görə iki xəbərdarlıq alaraq komandasını meydanda 10 nəfərlə qoydu. Milanlılar bundan sonra hücumda fəallığı o qədər də artırmadılar. Qələbə hesabını qorumaq daha məqsədəuyğun sayıldı. Beləliklə, “Milan” 10 gün ərzində “Napoli”yə ikinci zərbəni vurdu. İtaliya çempionunun minimal üstünlüyü cavab görüşündə qoruya bilib-bilməyəcəyi aprelin 18-də məlum olacaq. Əlavə edək ki, Neapoldakı matçda ev sahibləri Zambo Angissa kimi cəzalı duruma düşən müdafiəçi Kim Min Çjedən də yararlana bilməyəcəklər.

Faktlar
* “Milan” ÇL-də keçirdiyi ardıcıl 5-ci oyunda qapısını toxunulmaz saxladı. İtaliya çempionu 1/8 finalda “Tottenhem”ə (1:0, 0:0), qrup mərhələsində isə “Zaltsburq” (4:0) və Zaqreb “Dinamo”suna (4:0) qarşı matçlarda top buraxmamışdı. “Milan” turnirdə sonuncu dəfə ötən il oktyabrın 11-də “Çelsi” ilə keçirilən oyunda (0:2) meydanın mərkəzinə dəvət olunub. Pyolinin komandası son 5 matçda rəqib qapılarından 10 cavabsız top keçirib.
* Kvaratsxeliya klubda və Gürcüstan yığmasında keçirdiyi son 4 oyunda “qol+məhsuldar ötürmə” sistemi üzrə xal qazana bilməyib. O, sonuncu dəfə martın 19-da A seriyasının “Torino” ilə matçında (4:0) hər iki göstəricidə hesabına xal yazmışdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-10-2022, 11:0

A seriyasında laureatlar mükafatlandırıldı

Reportaj / Çempionlar Liqası

16-02-2023, 12:0

“Milan” “Tottenhem” tilsimini qırdı - REPORTAJ

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə