Renat "Qalatasaray"a qarşı oynadı

3.04.2024 10:55 169
Dünya futbolu
Türkiyə superliqasında 31-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Qalatasaray"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 77-ci dəqiqədə meydana daxil olub.

"Hatayspor" turnir cədvəlində 33 xalla (31 oyun) 15-cidi.