Türkiyə superliqasında 28-ci tur davam edir.
"Football-plus.az" xəbər verir ki, bu gün millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" evdə "Fənərbaxça"nı qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 79-cu dəqiqədə meydana daxil olub.
"Hatayspor" 28 turdan sonra superliqanın turnir cədvəlində 29 xalla 16-cıdır. "Fənərbaxça" isə 73 xalla (28 oyun) 1-ci yerə yüksəlib. Ancaq 72 xalı (27 oyun) "Qalatasaray" bu turda "Beşiktaş"a qalib gəlsə, yenidən liderliyi bərpa edəcək.