"Hatayspor" "Sivasspor"a qarşı: Renat ehtiyatda

30.09.2023 14:50 285
Dünya futbolu
Türkiyə super liqasında 7-ci turun görüşləri davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Sivasspor"un qonağı olacaq.

Komandaların matçda meydana çıxacağı heyətlər məlum olub. Renat görüşə ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Sivasspor" - "Hatayspor" oyunu Bakı vaxtilə saat 14.30-da start götürəcək.