“Mançester Siti” premyer-liqanın 30-cu turunun “Arsenal”la ev oyununa ciddi itkilərlə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, müdafiəçiləri Con Stounz ilə Kayl Uoker komandaya kömək edə bilməyəcəklər. Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola açıqlama verib. Stounz və Uoker İngiltərə yığmasının Belçika və Braziliya ilə yoldaşlıq oyunlarında zədə alıblar. Qvardiola isə həmin oyunçuların londonlularla matçda meydana çıxmayacağını bildirib.
MS - “Arsenal” matçı bu gün Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.