"Mançester Siti"də ciddi itkilər

9.05.2022 16:54 471
Dünya futbolu
“Mançester Siti” mövsümün həlledici oyunlarına ciddi itkilərlə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, müdafiəçilər Ruben Diaş, Con Stounz və Kayl Uoker zədə səbəbindən premyer-liqanın son üç oyununda iştirak edə bilməyəcəklər. Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola mlumat verib. Diaş bazar günü premyer-liqanın “Nyukasl”la matçında (5:0) əzələ nayihəsindən zədə alıb. Ondan əvvəl isə Uoker ilə Stounz zədələnmişdi.

Hazırda İngiltərə çempionatında lider olan MS son turlarda “Vulverhempton”, “Vest Hem” və “Aston Villa” ilə qarşılaşacaq.