Xviça Kvaratsxeliyanın bir sıra klubların maraq dairəsinə düşməsi “Napoli” rəhbərliyini narahat edir.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu futbolçuya yeni müqavilə təklif edib. Bu barədə klubun prezidenti Aurelio De Laurentis məlumat verib:
“Üç ay əvvəl onun agentləri ilə görüşdük, müqaviləninmüddətini uzatmağı təklif etdim. Cavab belə oldu: narahat olmayın, biz burada xoşbəxtik, mövsümün sonunda danışarıq”.
Gürcüstanlı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdi. Yığmamızın sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.