Rusiya “Fakel”inin gürcü yarımmüdafiəçisi İrakli Kvekveskiri “Napoli”nin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya haqda danışıb.
“Fakel”in yarımmüdafiəçisi həmyerlisinin əqli cəhətdən güclü olduğunu və heç bir şeyə qapılmadığını bildirib:
“Deyirlər ki, onunla “Barselona” və “Real” maraqlanır? Xviça ötən il göstərdi və indi də göstərir ki, belə komandalarda oynaya bilər. Əsas odu ki, o, əqli cəhətdən güclüdü, heç bir şeyə qapılmır, maraqlı oğlandı. Kənardan belə görünür, nizam-intizamı pozmur – ən vacibi budu”.
Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Futbolçu bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin iyununa kimi qüvvədədi.