Xviça Kvaratsxeliyanın yayda klubunu dəyişmək ehtimalı getdikcə artır. Onu sıralarında görmək istəyən klubun nə qədər xərcə düşə biləcəyi məlum olub.
“Marca” qəzetinin yaydığı xəbərə görə, “Napoli” gürcü futbolçunu 150 milyon avroya satmağa hazırdı.
Xatırladaq ki, Kvaratsxeliya bu klubda 2022-ci ilin yayından çıxış edir. O, bu mövsüm bütün yarışlarda 37 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib. Futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.