“Napoli” rəhbərliyi növbəti mövsümdə komandanı çalışdıra biləcək məşqçilərin mümkün siyahısını hazırlayıb.
“Calciomercato”nun məlumatına görə, klubun əsas hədəfi “Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyanodu. Onunla aparılacaq danışıqlar uğurlu alınmasa, “Napoli” Raffaele Palladino (Montsa) və Françesko Farioli (Nitsa) variantlarını nəzərdən keçirəcək.
Xatırladaq ki, Neapol klubu ötən ay baş məşqçi Valter Matsarrini istefaya göndərib. Onun yerinə müvəqqəti olaraq Françesko Kaltsona təyin edilib. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.