“Napoli” rəhbərliyi yeni mövsüm üçün məşqçi axtarışını davam etdirir.
Françesko Kaltsonanın mövsümün sonunda komandanı tərk edəcəyi məlumdu. İtaliyalı mütəxəssis ilə fevralda imzalanan müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Komandanı Kaltsonadan da sonra yerli mütəxəssis çalışdıra bilər. Baş məşqçi postuna namizədlərin sırasına Vinçentso İtalyano da daxil edilib.
Tanınmış jurnalist Nikolo Skira “Fiorentina”nın baş məşqçisinin yayda Neapola üz tuta biləcəyini xəbər verib.