Osimhen bu kluba can atır

26.03.2024 14:30 173
Dünya futbolu
Viktor Osimhenin “Napoli”ni yayda tərk edəcəyi gözlənilir.

O, artıq xidmətində maraqlı olan klublardan birində oynamağa qərar verib. Nigeriyalı hücumçu “Çelsi”yə can atır. Jurnalist Rudi Qalettinin verdiyi məlumata görə, Viktor məhz İngiltərənin bu klubunda oynamaq istəyir.

Onun “Napoli” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Bu da var ki, İtaliya klubu aparıcı hücumçusunu azı 100 milyon avroya satmağı planlaşdırır. Deməli, “Çelsi” Osimhenə görə xeyli xərcə düşməli olacaq.