Braziliya millisi İngiltərəyə qalib gəldi

24.03.2024 11:30 161
Dünya futbolu
İngiltərə və Braziliya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, matç "Uembli" stadionunda oynanılıb. Görüşü Artur Soareş Diasın rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edib. Oyun Braziliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qarşılaşmada yeganə qolu 80-ci dəqiqədə 17 yaşlı Endrik vurub. Bu, Endrikin Braziliyanın əsas millisində ilk qoludu.

Qeyd edək ki, İngiltərə və Braziliyalı milliləri arasında keçirilən son 2 oyun heç-heçə ilə başa çatmışdı - 2:2 (2013-cü il) və 0:0 (2017-ci il).