FİFA təhqiqat aparır

29.09.2022 15:39 297
Dünya futbolu
FİFA Braziliya və Tunis komandaları arasında yoldaşlıq oyununda baş verən insidenti araşdırır.

Football-plus.az xəbər verir ki, təhqiqata Braziliyanın 5:1 hesablı qələbəsi ilə başa çatan matçda qaliblərin hücumçusu Rişarlisona qarşı irqçi davranış səbəb olub.

“Tottenhem”in oyunçusu 19-cu dəqiqədə vurduğu qolu bayram etmək üçün künc bayrağına tərəf qaçarkən tribunadan qazona banan atılıb.