Klubu ilə yenidən anlaşdı

22.03.2024 00:20 96
Dünya futbolu
Takehiro Tomiyasu “Arsenal” rəhbərliyinin yeni təlifi qəbul edib.

"Football-plus.az" xəbər verir ki, yaponiyalı futbolçu klubu ilə müqaviləsini növbəti dəfə yeniləyib. Müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

Xatırladaq ki, Tomiyasu paytaxt klubuna 2021-ci ildə “Bolonya”dan keçib. O, bu mövsüm londonluların heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.