Paytaxt klubu ilə yenidən anlaşdı

11.11.2023 18:57 178
Dünya futbolu
“Real”da növbəti anlaşma rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, Federiko Valverde klubu ilə müqaviləsini yeniləyib. Madrid klubunun rəhbərliyi 25 yaşlı yarrımmüdafiəçi ilə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan sözləşmə imzalayıb.
Federiko “Real”a 2016-cı ildə “Penyarol”dan keçib. Paytaxt klubu onun üçün təxminən 5 milyon avro ödəyib. Uruqvaylı futbolçu bu mövsüm La Liqada 12 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.